Arqan yağının Üzə və Saça olan faydaları

Uzun, canlı və parlaq saçlara sahib olmaq bütün xanımların azusudur. Saç boyası, gündəlik istifadə olunan fen saçların qırılmasına və cansızlaşmasına səbəb olur. Arqan yağınının saçlara çox faydası vardır. Arqan yağı ilə saç diblərini masaj etmək kəpəklənmənin qarşısını alır. Saçların dibdən qidalanmasını təmin edir. İstifadə etdiyiniz şampunun tərkibinə bir neçə damla arqan yağı əlavə ede bilərsiz.

Arqan yağını saçlarınızı yuduqdan sonra nəmləndirici vasitə kimi istifadəsi mümkündür. Təmiz saçlara vurulan arqan yağını sonrada yumağa ehtiyac yoxdur.  Əgər saçınız qalındırsa bütün saçlara vura bilərsiz, nazik saçlara sahibsinizsə saç diblərinə vurmağa ehtiyac yoxdur.

Saçlarda istifadəsi zamanı arqan yağını jojoba yağı, hind yağı ilə qarışdırıb istifadə edə bilərsiz.

Üz dərisi baxımı üçün də  arqan yağı çoxlarının seçimidir. Gecələr yatmazdan öncə üzə vurulan arqan yağı dərini canlandırır, qırışların azalmasına kömək edir. Tərkibində E vitamini olduğu üçün dərini qidalandırır və qara nöqtələrdən xilas edir. Hamiləlikdən sonra yaranmış çatlara vurmaq onların azalmasına yardımçı olur. Arqan yağının nəmləndirici effekti vardır. Quru dərisi olanlar üçün gözəl vasitədir.

Arqan yağından müxtəlif maskalar hazırlamaq mümkündür. 3-5damla arqan yağı, 1,5 xörək qaşığı qatıq və yarım xörək qaşığı balı qarışdırıb üzə çəkin. 10 dəqiqə saxlayın.  Həftədə bir dəfə bu maskadan istifadə etmək olar.

Onu da qeyd edək ki, digər yağlar kimi arqan yağını da çox istifadə etmək olmaz. Üz dərisi üçün bir neçə damla istifadəsi kifayətdir.