Angelina Jolie stili

Dünyanın ən gözəl qadınlarından biri – Angelina Jolie. Özünəməxsus stilə sahib olan bu xanım, təbii gözəlliyi və şıklığı ilə hər zaman insanların diqqətini cəlb edir. Ən çox üstünlük verdiyi rəng qara rəngdir. Bundan başqa iştirak etdiyi qala gecələrində ağ, yaşıl  rənglərdən də istifadə edir. Sadə bir tərzə sahib olan Ancelina Coli həm ziyafət gecələrində, həm də gündəlik həyatda zövqlü aksesuarlardan istifadə edir.