Sarıkök maskası

 

ƏRZAQLAR

  • 1 çay qaşığı sarıkök
  • 1 çay qaşığı bal
  • 1çay qaşığı qatıq ( və ya süd )

Hazırlanması

Bir qaba əvvəlcə sarıkökü tökün. Sonra üzərinə bal və qatığı əlavə edin. Sarıkökün tündlüyünü aradan qaldırmaq üçün qatığın miqdarını tənzimləyin. Üzünüzə çəkin. Göz altlarına da çəkmək olar. Gözaltı ləkələrin azalmasına yardımçı olur. Üzünüzdə 20 dəqiqə, quruyanadək saxlayın. Sonra üzünüzü soyuq su ilə yuyun. Bir neçə gün bu maskadan istifadə olunmalıdır.

Qeyd etdiyimiz bu maskanın tərkibinə bir neçə damla limon suyu əlavə edə bilərsiz. Limon dərini artıq yağlardan xilas edəcək və dərini aydınladacaq.

Sarıkök maskası dəridə bir müddət rəng saxlaya bilər. Xüsusilə ağ dərili xanımlar bununla rastlaşa bilərlər. Belə rənglərdən xilas olmaq üçün maskanı yuduqdan sonra üzünüzü şəkər və yağla qarışımından istifadə edin. Bunun üçün bir qabda zeytun yağı ilə şəkəri qarışdırın, və üzünüzü bu qarışımla masaj edin. Sonra su ilə yuyun.

Sarıkök və bal bəzi insanlarda allergiyaya səbəb ola bilər. Ona görə istifadədən öncə üzün bir hissəsində sınaqdan keçirin.

Mənbə: iyibakkendine