LAVANTA yağının saça faydaları

Lavanta Yağı

 

Lavanta yağı saçların canlanması, parlaqlığı üçün çox gözəl vasitədir. Saç diblərinə istifadəsi zamanı saçın kökünü gücləndirir. Lavanta yağını 3 xörək qaşığı jojoba yağı, 1 xörək qaşığı bibəriyə yağı, 2 xörək qaşığı avokado yağı, 1 xörək qaşığı  E vitamini, 3 xörək qaşığı  hind yağı ilə qarışdırın.  Bu maskanı saçınıza vurun və köklərini masaj edin. 20 dəqiqə saxlayın, sonra yuyun.

Lavanta yağı yalnız saçları uzatmır eyni zaçamnda onlara daha sağlam bir görünüş bəxş edir. Davamlı olaraq saç diblərini bu yağla masaj etdikdə saçqıran səbəbi ilə tökülən hissələrdə yeni saçlar yaranır.

Lavanta yağının faydaları

  • Saçı qidalandırır
  • Quru saç dərisini nəmləndirir
  • Saçda kəpəyin qarşısını alır
  • Saç tökülməsini azaldır .
  • Saç qırılmasının qarşısını alır
  • Saçın uzanmasına yardımçı olur
  • Saçın erkən ağarmasının qaqrısını alır
  • Saçın dibində qan dövranını gücləndirir və yeni saçlar yaranır

Maskadan istifadədən öncə  bu yağa qarşı allergiya olub-olmadığını dərinizin bir hissəsində sınaqdan keçirin. Hamilələrin və südverən anaların lavanta yağından istifadəsi məsləhət deyil.