Çatlamış dodaqlar

Soyuq qış ayları üz dərisinin quruması ilə yanaşı dodaqların da qurumasına səbəb olur. Bir çox qadınlar tez-tez dodaq quruması problemi ilə rastlaşır. Dodaq qurumasının digər səbəbi də dodaqların nəmsiz qalmasıdır. Ona görə dodaqları nəm saxlamağa çalışmaq lazımdır. Bunun üçün bəzi kosmetik vasitələr mövcuddur. Biz sizə dodaqlarınızı nəmli qalması üçün təbbi vasitələrlə  hazırlanmış maskalar təqdim edirik.

  • Zeytun yağı

Zeytun yağı dodaqları yumuşaldır. Dodaqlarınızı nəmləndirir. Xüsusilə, gecə yatmadan öncə dodaqlara çəkilən zeytun yağı onların quruluğunun qarşısını alır.

  • Kakao yağı

Yatmadan öncə dodaqlara çəkilən kakao yağı onların nəm qalmasına    köməklik edir.

  • Hind qozu yağı

Çatlamış dodaqlardan xilas olmağın digər yolu hind qozu yağıdır. Ondan istifadə etməklə daha nəmli dodaqlara sahib olmaq olar.

  • Gül yarpağı

Bir neçə gül yarpağını evvelce suda yuyulur.  Sonra  südlə qarışdırılaraq bir neçə saat saxlanılır. Yarpaqlar əzilir. Süd əvəzinə qliserin də istifadə etmək olar. Gündə 2 və ya 3 dəfə yatmazdan qabaq dodaqlara çəkilir.

  • Şəkər tozu

İki çay qaşığı şəkər tozunu bir çay qaşığı balla qarışdırlır və dodaqlara çəkilir. Bir neçə dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Həftə ərzində bir neçə dəfə tətbiq edə bilərsiz.

Şəkər tozunu zeytun yağı ilə qarışdırılır. Dodaqlar bu qarışımla masaj edilir və 10 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.