Toyuqlu və Göbələkli Pizza

Xəmiri üçün ərzaqlar

  1. 4 stəkan un
  2. 1 çay qaşığı maya
  3. 1 stəkan süd
  4. Yarım stəkan duru yağ
  5. 1 ədəd yumurta
  6. Duz
  7. Su

Üzəri üçün ərzaqlar

  1. Yarım kilo toyuq filesi
  2. 7-8 ədəd göbələk
  3. 4 ədəd yaşıl bibər
  4. Zeytun
  5. Holland pendiri
  6. İstiot

Hazırlanması

Xəmiri hazırlamaq üçün qaba unu və duzu əlavə edib qarışdırın. Sonra suya maya əlavə  edib, yavaş-yavaş unun üzərinə tökün. Duru yağ, yumurta və süd əlavə edib yoğurun Üzərini bağlayın, 1 saat gözləyin. Daha sonra xəmiri iki hissəyə ayırın. Üzərinə əlavə edəcəyiniz ərzaqları doğrayıb hazırlayın. Xəmiri yayın və üzərinə pomidor pürəsi sürtün. Holland pendirini rəndələyib səpin. Daha sonra ərzaqları əlavə edib əvvəlcədən isidilmiş sobaya qoyun. 180 dərəcədə 20 dəqiqə bişirin.

Nuş olsun!