Göz altı qaralarından xilas olmağın yolları

Göz altı qaraları qadınları , həm də kişiləri çox narahat edən problemlərdən biridir. Gündəlik həyatda yaşanan problemlər, stres, yorğunluq, yuxusuzluq göz altı  qaraların əsas yaranma səbəblərindəndir. Həkimlər qaraciyər , böyrək problemləri, hormonal probləmlər, vitamin azlığı, genetik səbəbdən  və dəmir azlığı səbəbindən də göz altı qaraların yarana biləcəyini qeyd edir. Allergiya problemi olan insanlarda göz altı qaralarına çox rast gəlinir. Göz və burun axıntıları ilə damarlarda yığılan qan göz altı bölgəsində qara bir görünüş yaradır. Düzgün qidalanmayan insanlar da problemə qarşılşır. Dəri lazımi vitaminlər qəbul etmədiyindən göz altında  qaralar yaranmağa başlayır.

Göz altı qaralarından xilas olmaq üçün öncə onun yaranma səbəbini araşdırmaq lazımdır. Eger bu problem hər hansı bir xəstəlik səbəbindən yaranmayıbsa düzgün qidalanma, normal yuxu və bol su içməklə problemdın xilas ola bilərsiniz. Bundan başqa müxtəlif maskalardan istifadə edeə bilərsiniz. Gül suyu ilə soyuq südü qarışdırıb gözünüzün altına qoyun vı 15-20 dəqiqə saxlayın. Yarım limon suyu ilə əzilmiş nanəni qarışdırıb göz altına qoyun və 15-20 dəqiqə saxlayın. Kartof və cəfəri də yardımınıza çatacaq. Belə ki, kartofu soyun və rəndədən keçirin. Üzərinə xırda-xırda doğranmış cəfəri əlavə edib əzin. Bir bezin içərisinə qoyub göz altında 5-10 dəqiqə saxlayın. Bu maskadan həftədə 3-4 gün istifadə edə bilərsiniz.