Meyvə şirələrinin faydaları

Meyvə şirələrinin insan orqanizminə çox faydası vardır. Xüsusilə, soyuq qış aylarında içilən meyvə şirələri sizi xəstəliklərdən qorunmağınıza kömək edəcək. Bol vitaminli meyvə şirələrini çəkərkən çox saxlamadan içmək lazımdır.

Portağal şirəsi – C vitamini ilə zəngin olan portağal şirəsi soyuqdəymədən qoruyur. Tərkibində B vitamini, kalium, kalsium, maqnezium kimi vitaminlər var. Araşdırmlara görə tərkibindəki kalium və maqnezium infarktdan qoruyur.

Yer kökü – A vitamini ilə zəngin olan yerkökü şirəsi  immunitet sisteminigücləndirir. Gözlər, sümüklər və dişlər üçün çox faydalıdır. Xərçəngə səbəb ola biləcək bir çox maddələrdən bədəni təmizləyir. Yer kökü şirəsini tək içə bilməyənlər ona alma əlavə edə bilərlər.

Nar şirəsi – İmmunitet sistemini  gücləndirir. Infeksiyalara qarşı orqanizmi möhkəmləndirir.

Alma şirəsi – A və E vitamini ilə zəngindir. Gündə 1 stəkan içmək çox xeyirlidir. Üz dərisi gözəlliyi üçün faydalıdır. Baş ağrısını azalmasına kömək edir.

Vişnə şirəsi –  A vitamini və kaliumla zəngindir. Mədə və qaraciyər üçün xeyirlidir.