Alma sirkəsinin faydaları

apple cider vinegar

Alma sirkəsinin insan orqanizminə faydaları çoxdur. 100 qr. alma sirkəsində  20 – 25 arası kalori var. Tərkibi natrium, kalium, dəmir, kalsium ilə zəngindir. Alma sirkəsinin faydalaraını sizə təqdim edirik:

  • Sümüklər üçün çox faydalı olan alma sirkəsi yaşlandıqca yaranan sümük problemlərinin azalmasına yardımçı olur.
  • Dərini gözəlləşdirir
  • İmmunitet sistemini güclədirir
  • Qanazlığının aradan qalxmasına köməklik edir
  • Menustral pozğunluğun aradan qalxmasına müsbət təsir edir
  • Həzm sistemini yaxşılaşdırır
  • Qan dövranını tənzimləyir
  • Sinirləri sakitləşdirir
  • Saç tökülməsinin azalamsına yardımçı olur
  • Baş dərisinə vurulan alma sirkəsi baş ağrısına kömək olur
  • Təmizlik vasitəsi kimi istifadə oluna bilər
  • Suya əlavə olunduqda təmizləyici təsirə malik olur
  • Meyvələrin təmiz yuyulmasında sirkəli sudan istifadə edə bilərsiz.

Alma sirkəsindən istifadə zamanı onun təbii alma sirkəsi olmasına diqqət etmək lazımdır. Əks halda onun mənfi təsirləri ola bilər. Təbii sirkəni seçimi zamanı onun çox duru olmamasına diqqət edin. Təbii sirkə bulanıq olur. Alma sirkəsini həddindən artıq istifadəsi mədəyə ziyan verə bilər. Xüsusilə mədəsində problemi olanlar diqqətli olmalıdır.