Ev şəraitində yumuşaq və baxımlı əllərə sahib olmaq istəyirsiniz?

Bütün xanımlar hər zaman parlaq və  baxımlı əllərə sahib olmaq istəyir. Əllər gözəl görünməsi üçün yumuşaq və çatlamamış olmalıdır. Günəşdən, soyuqdan təsirlənən əlləriniz hər zaman baxıma ehtiyacı duyur. Xüsusilə, ev təmizlikləri zamanı əllərinizi tez-tez yumağınız onların parlaqlığını itirməsinə və codlaşmasına səbəb olur. Gözəl və parlaq əllərə sahib olmağınınız üçün sizə ev şəraitində, rahat hazırlaya biləcəyiniz maskaları təqdim edirik.

     1. Ərzaqlar

  1. Qaynadılmış kartof

2.Vazelin

  1. Qurudulmuş çoban yastığı çiçəyi.

 

Hazırlanması

1 ədəd qaynadılmış kartofu əzin üzərinə vazelin və qurudulmuş çoban yastığı çiçəyi əlavə edin. Qarışdırıb əllərinizə çəkin və pambıq bezlə bağlayın. 30 dəqiqə saxlayın və əllərinizi ilıq su ilə yuyun.

  1. Ərzaqlar

1.Bal

  1. Limon

Hazırlanması

Bal və limon suyunu qarışdırın əllərinizə çəkin. Bu maska sizə əllərinizdəki  ləkələrdən xilas olmağa kömək edəcək.

  1.   Ərzaqlar
  2. 2 xörək qaşığı bal
  3. 1 xörək qaşığı badam yağı
  4. 1 çay qaşığı darçın
  5. 1 çay qaşığı soda

Hazırlanması

Ərzaqları qarışdırn və əllərinizə çəkin. 20 dəqiqə saxlayın. Soda dərinizin rəngini açacaq. Darçın idə dəri altındakı qan dövranını sürətləndirəcək.  Badam yağı əllləri E vitamini ilə təmin edəcək. Beləcə əllərinizin qırışları azalacaq daha beyaz və parlaq əllərə sahib olacaqsınız.