Qalın qaşlara sahib olmağın yolları

Daha böyük , daha dolğun , daha gur və gözəl forma verilmiş qaşlar üzün ifadəsini vurğulayır. Qalın qaşlar hər zaman ona forma vermək üçün çox önəmlidir. Qalın qaşlara sahib olmaq istəyirsinizsə aşağıdakı maskalardan istifadə edə bilərsiniz:

Vazelin: Qaşların ətrafına gündə iki dəfə vazelin sürtün. Bunu qaşlar çıxana qədər davam etdirin. Bu zaman qaşların ətrafı nəmlənəcək və qaşların qalınlaşmasına yardımçı olacaq.

Hindistan cevizi yağı: Nəmləndirici özəlliyə sahib olan bu yağ, saç, kiprik və qaşların gurlaşmasına kömək edir. Qaşlarınızın ətrafına yatmazdan öncə yağı sürtün. Həftədə bir neçə gün bu prosesi davam etdirin .

Zeytun yağı: Davamlı olaraq zeytun yağını qaşlarınızın ətrafına vursanız gurlaşmanı hiss edəcəksiniz.

Soğan suyu: Soğan suyun sıxın və pambıqla qaşlarınızın üzərinə qoyub 10 – 15 dəqiqə saxlayın. Bu prosesi həftədə bir neçə dəfə təkrarlayın.

Süd: pambığı südə batırıb qaşlarınızı masaj edin. Bu prosesi hər gün davam etdirə bilərsiniz.