2018 – ci ildə dəbdə olacaq çanta modelləri

 

Bütün qadınların ən çox sevdiyi aksesuar –  Çantalar… Geyim tərzinə uyğun çanta xanımlara hər zaman daha modern və şık  bir görünüş bəxş edir. Yeni ildə xanımlara təqim olunan çantalar öz fərqli dizaynları ilə seçilir. Rəngarəng dizayn olunmuş çantalar sırasında dəb, xanımlara özlərinə həm  gündəlik , həm də ziyafət gecələri üçün modern çantalar təqdim edir.  Anya Hindmarch, Chanel, Gabriela Hearst, Jeremy Scott, Louis Vuitton, Moncler Gamme Rouge, Moschino kimi markalar bel çantalarına üstünlük veriblər. Torba tərzli stillər də bu il dəbdədir. Bu çanta modelini bizə Alexander Wang, Dion Lee, Jason Wu, Loewe, Paco Rabanne, Proenza, Schouler, Stella McCartney kimi markalar təqdim edir. Balaca əl çantaları  bu il dəbdə olan çanalar sırasındadır. Alexis Mabille, Anya Hindmarch, Balenciaga, Huishan Zhang’ın əl işlərində bu modellərə rast gəlmək mümkündür. Alexander McQueen, Altuzarra, Area, Balmain, Dion Lee, Dolce & Gabbana, Dries Van Noten, Fay, Fendi, Giorgio Armani, J.Crew, Victoria Beckham markalarının çantaları da öz fərqliliyi ilə seçilir.