İstifadəçi müqaviləsi

View.az saytından (bundan sonra Sayt) istifadəyə başlamazdan əvvəl Sizdən istifadəçi razılığını (bundan sonra Razılıq) diqqətlə oxumanızı rica edirik. Qeydiyyatdan keçib-keçməməyinizdən asılı olmayaraq, sayta daxil olarkən, onun təqdim etdiyi xidmət və mobil tətbiqetmələrdən istifadə edərkən, Sizdən İstifadəçi razılığına riayət etmənizi xahiş edirik. Razılığın şərtləri və qaydaları ilə razı olmadığınız halda, Siz saytdan, onun xidmət və əlavələrindən istifadə edə bilməzsiniz.

– Razılığın predmeti

  1. İstifadəçi ilə razılıq (bundan sonra “Razılıq”) İstifadəçi və Şirkət arasında Saytdan istifadə qaydalarını müəyyənləşdirən hüquqi sənəddir.
  2. Qeydiyyatdan keçməklə, istifadəçi cari razılığın bütün şərtlərini qəbul etmiş olur.
  3. Razılığın hər-hansı bir şərtini qədul etmədiyi halda istifadəçi saytdan istifadəni dərhal dayandırmalıdır.
  4. Müdriyyət razılığın şərtlərini dəyişmək hüququnu özündə saxlayır. Həmçinin, istifadəçi bu dəyişikliklərlə vaxtaşırı tanış olmağı öhdəsinə götürür.
  5. Qeydiyyatdan keçməklə istifadəçi razılığı qəbul etmək, həmçinin, Saytdan istifadə zamanı razılığı pozarsa, məsuliyyət daşımaq üçün lazımi səlahiyyətlərə malik olduğunu təsdiqləmiş olur.
  6. İstifadəçi Saytdan istifadə üçün şifrəsinin gizli qalmasına görə məsuliyyət daşıyır. Şifrənin itirildiyi və ya kənar şəxslərə məlum olduğu halda, istifadəçi saytın servislərinə olan şifrəsini dərhal dəyişməlidir.
  7. İstifadəçi onun (qeydiyyatçı) adından olunan əməllərin məhz bu İstifadəçinin əməlləri kimi qiymətləndirildiyini və bu əməllərə görə onun məsuliyyətə cəlb oluna biləcəyini anlayır.
  8. Müdriyyət istənilən vaxt istənilən məlumatı və ya qeydiyyatı istənilən səbəbdən və ya səbəbsiz silə bilər. Müdriyyət İstifadəçinin fəaliyyətini izləmək hüququna malikdir, lakin buna məcbur deyil.

– Saytda yerləşdirilən kontentdən müstəsna istifadə hüquqları

  1. Müdriyyət və digər hüquq sahibləri sayta yerləşdirilən bütün obyektlərdən: dizayn elementləri, mətn, qrafiki təsvir, illustrasiya, video, skript, proqram, musiqi və səslər, həmçinin, başqa obyektlər və onların toplusundan ( bundan sonra Kontent) müstəsna istifadə hüququna malikdirlər və bu istifadə hüququ qorunur.
  2. Qaydalarda göstərilən hallar istisna olmaqla, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istifadəçi hüququna malik şəxsin razılığı olmadan heç bir Kontent köçürülə, oxutdurula, yenidən işlənə, yayıla, haşiyədə əks oluna, dərc oluna, yüklənə, ötürülə, satıla, başqa sözlə, heç bir halda tam və ya hissəvi şəkildə istifadə oluna bilməz. İstisna olaraq, istifadəçi hüququna malik şəxsin açıq razılıq bildiyi hallar təşkil edir.
  3. İstifadəçinin kontentdən şəxsi, qeyri-kommersiya məqsədilə istifadəsi yalnız hüquq sahibinin hüquqlarının qorunması, müəllifin adının dəyişilməmiş saxlanılması, əsərin dəyişilməmiş halda saxlanılması, həmçinin, kommersiya məqsədilə istifadə olunmayacağı halda mümkündür.
  4. İstifadəçi mübahisəli hallar baş verdiyində, onlar Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həll olunacağına razılıq verir.
  5. İstifadəçi Kontentin xəbərdarlıqsız və kompensasiyasız reklam ilə müşayət olunmasının mümkünlüyünü qəbul edir. Bu zaman istifadəçi reklamın verilməsinə mane olmur. İstifadəçi, müdriyyət və sahib-kompaniyanın bu reklamın məzmununa, həmçinin belə reklamın yerləşdirilməsinin nəticələrinə dair heç bir məsuliyyət daşımadıqlarını boynuna alır.
  6. İstifadəçi razılıqda göstərdiyi elektron poçt ünvanına müdriyyətin göndərdiyi informasiya, xəbər və reklamların göndərilməsinə razılıq verir.
  7. Saytdan və ya Kontentdən istifadə, Qaydalarda göstərilən hallar istisna olmaqla, həmçinin, istifadəçi hüququna malik şəxsin açıq razılıq bildiyi hallardan başqa, hüquq sahibinin şəxsi imzası olmadan qəti qadağandır.

Əgər Siz yuxarıda yazılan Razılığı qəbul etmirsinizsə, zəhmət olmasa, Saydan istifadə etməyin.

Hörmətlə,

VIEW.az redaksiyası