Banan maskası


Banan A, B, E vitamini ilə zəngindir və kalorisi yüksək bir meyvədir. Quru, solğun və  yorğun üz dərisi üçün banan maskası  ən idealdır.

  1. 1 ədəd bananı əzin üzərinə 1 xörək qaşığı bal və limon suyu əlavə edib qarışdırın. Üzünüzə çəkin. 15 dəqiqə saxlayın. Sonra yuyun.
  2. 1 ədəd bananı əzin və üzərinə 1 xörək qaşığı yulaf əzməsini əlavə edin. 10 dəqiqə üzünüzdə saxlayın və yuyun. Yorğun görünən üzünüzə canlılıq bəxş edəcək.
  3.  1 çay qaşığı bal, 2 xörək qaşığı qatıq və bananın 4/1 hissəsini əzib qarışdırın və üzünüzə çəkin. 15 dəqiqə saxlayın, sonra yuyun. Həftədə 1 dəfə istifadə etmək olar.