Türk qəhvəsinin hazırlanması


Bu gün sizlərə soyuq havalarda içinizi  isidəcək bol köbüklü Türk qəhvəsinin hazırlanmasının tərifini verəcəyik. Türk qəhvəsi adətən dörd formada hazırlanır. Sadə, az şəkərli, orta şəkərli və çox şəkərli. Əvvəlcə qəfədana hər fincan üçün 2 çay qaşığı Türk qəhvəsi əlavə edin. Sonra üzərinə su əlavə etmək lazımdır.  Əgər soyuducudan çıxarılmış soyuq su əlavə etsəniz qəhvəniz daha köbüklü olacaqdır. Üzərinə istədiyiniz miqdarda şəkər əlavə edin. Qəhvəni ocağa qoymazdan öncə yaxşı qarışdırın. Ocağa qoyduqda sonra qarışdırsanız qəhvəniz köbüksüz ola bilər. Qəhvəni az atəşli ocaqda bişirmək lazımdır. Qəhvə hazır olub köbükləndiyində qəhvəni ocaqdan götürün. Üzərindəki köbüyü fincanlara tökün.  Qəfədanı isə yenidən ocağa qoyaraq bir az da qaynadın.  Sonra fincana əlvə edin. Və bol köbüklü Türk qəhvəniz hazırdır.

 Nuş olsun!