Gül suyu haqqında bilmədiklərimiz


Bu yazımızda sizə gül suyunun faydasından bəhs edəcəyik. Tərkibi A, B3, C, D və E vitaminləri ilə zəngin olan gül suyunu həm sağlamlıq üçün, həm də  üz dərisinin və  saçların gözəlliyi üçün istifadə etmək olar.

  • Gül suyu üz dərisini canlandırır, nəmləndirir
  • Gül suyu qidalandırıcı və nəmləndirici təsiri ilə saçlara müsbət təsir edir
  • Gül suyu saçda olan kəpəklərdən xilas olmağa yardımçı olur
  • Gül suyu ləkələrdən xilas olmağa, yara izlərinin sağalmasına kömək edir
  • Bir miqdar gül suyunu yastığa tökmək rahat yatmağa kömək edir
  • Badam yağı ilə birgə gözəl nəmlədirici təsiri bağışlayır
  • Gül suyu üzdəki qızartılardan xilas olmağa kömək edir

Yarım çay qaşığı gül suyu ilə 1 çay qaşığı qliserini qarışdırıb üzə və boyun nayihəsinə çəkmək üz dərisini daim təmiz və parlaq saxlayır. Hindqozu yağı ilə bir yerdə gül suyunu makyaj təmizləmək üçün də istifadə etmək mümkündür. Onu da qeyd edək ki, gül suyu bəzi dərilərə mənfi təsiri də vardır. Gülə qarşı allergiyası olan insanlara gül suyunun da mənfi təsiri ola bilər. Bu zaman üzdə qızartı, qaşınma və quruma halları yaranacaqdır.