VİTAMİNLƏR


 

A vitamini

A vitamini insan orqanizmi üçün ən önəmli orqan olan gözlərin sağlamlığı üçün çox vacibdir. A vitamini əksikliyində görmədə zəiflik yaranmaga başlayır. Gözlərin parlaqlığını itirməsi ilə quruluq yaranır. Bundan başqa Avitamini immunitet sistemi üçün böyük əhəmiyyət kəsb edir. Bu vitaminin əksikliyi ilə halsızlıq yaranır və infeksiya riski artır.

Yumurta sarısı, qaraciyər, göyərti, meyvələr A vitamini ilə zəngindir. A vitaminin gərəyindən çox olması isə qaraciyərin böyüməsinə, sinir sisteminin pozulmasına, ürək bulanmasına səbəb ola bilər.

C vitamini

C vitamini insan orqnizminin normal fəaliyyəti  üçün çox önəmlidir.  C vitaminin əksikliyi zamanı dişlərdə qanama yaranır, yorğunluq və oynaqlarda şişmə kimi hallar baş verir. Bu vitaminin çoxluğu isə ishal, ürək bulanma və qarın ağrısına səbəb ola bilir. Ona görə orqanizmə C vitaminini lazımi miqdardan çox  qəbul etmək olmaz. Aşağıda günlük lazım olan limiti sizə təqdim edirik:

  • Körpələr: 0-6 ay 40mg / 7-12 ay 50mg
  • Usaqlar: 1-3 yaş 15mg / 4-8 yaş 25 mg / 9-13 yaş 45 mg
  • Gənclər 14-18 yaş 65-75 mg
  • Qadınlar : 75 mg ( hamiləlikdə 85 mg, süd verərkən 120 mg)
  • Kişilər: 90 mg

Portağal, çiyələk, göyərti, bibər, kivi, noxud, pomidor, limon C vitamini ilə zəngindir.

D vitamini

D vitaminin ən önəmli qaynağı günəş işığıdır. Alimlər bədənin D vitamini ilə təmin olunması üçün səhər saat 10-dan gönorta 3-ə qədər 5 – 30 dəqiqə ərzində günəşə çıxmağı məsləhət görürlər.

D vitamininin əksikliyi zamanı yaranan hallar :

  • qanda kalsium və fosforun səviyyəsi enir
  • usaqlarda sümük yumuşaqlığı və əyilməsi
  • sümüklərin asan qırılması
  • Yorğunluq və halsızlıq

D vitamini ilə zəngin qidalar sırasına balıq, qaraciyər, portağal suyu, süd, pendir və yumurta daxildir.