Quru saçlar üçün maskalar


Canlı və parlaq saçlara sahib olmaq bütün xanımların arzusudur. Lakin gündəlik istifadə olunan fenlər saçların qurumasına , cansızlaşmasına və qırılmasına səbəb olur. Belə saçları bərpa etmək üçün  sizə təqdim edəcəyimiz maskalar köməyinizə çatacaq.

 1.Yumurta maskası.

  • 2 yumurta
  • 1- 2 xörək qaşığı limon suyu
  • 2 xörək qaşığı zeytun yağı və ya badam yağı

Hazırlanması

Əvvəlcə yumurtanı bir qabda qarışdırın. Sonra limon və yağı əlavə edin. Limon yumurtanın qoxusunu aradan qaldırmağa, yağ isə saçı nəmləndirməyə kömək olacaq. Sonra saçınıza və dərisinə vurun əlinizlə saç köklərini masaj edib 20-30 dəqiqə saxlayın və yuyun. Bu maskanı həftəfə

2-4 dəfə tətbiq edə bilərsiz.

  1. Qatıq maskası.

 Saçınızın uzunluğundan asılı olaraq  2 – 4 arasında qatıq isifadə edə bilərsiz. Saç köklərini masaj edin. 20 – 30 deqiqə saxlayın. Sonra yuyun. Saçınızı daha da nəmləndirmək istəyirsinizsə tərkibinə 1 yumurta da əlavə edə bilərsiz. Bu maskanı 2-3 həftədən bir istifadə etmək məsləhətdir.

  1. Sirkəli su
  • 1 stəkan alma sirkəsi
  • 3 – 4 stəkan su

Saçlarınızi yuduqdan sonra sirkəli suyu saçlarınıza tökün və saç köklərini masaj edin. Sonra yuyun. Sirkədən istifadə edərkən gözlərinizi yumun. Çox istifadə etdikdə sirkəli su saç köklərini quruda bilər. Ona görə bu maskadan ancaq həftədə yalnız bir neçə dəfə istifadə etmək məsləhətdir.