Evdə olan ərzaqlarla hazırlaya biləcəyimiz maskalar


1.Qatıq

Baxımlı olmaq heç də çətin iş deyil. Evdə olan ərzaqlar xüsusi ilə meyvələr maska hazırlamaq üçün gözəl vasitədir.

Əgər üzünüz yağlıdırsa qatıq bu problemi ardan qaldırmaq üçün gözəl vasitədir. 1 xörək qaşığı qatığı yaxşıca qarışdıraraq üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

1 xörək qaşığı qatığa portağal suyunu sıxıb qarışdırın üzünüzə çəkin və 5 dəqiqə saxlayıb yuyun.

Bu maskadan  davamlı olaraq istifadə yaşlanmağı gecikdirəcək Daha sağlam və parlaq üzə sahib olacaqsınız.

  1. Bal, banan, zəncəfil

Bananın yarısına 2 qaşıq bal və yarım yemək qaşığı zəncəfil əlavə edib qarışdırın və üzünüzə çəkin. 30 dəqiqə ərzində üzünüzdə saxlayın sonra yuyun. Üzünüzü nəmləndirəcək və əvvəlkindən daha təravətli bir görünüş bəxş edəcək.

  1. Alma sirkəsi

Bir stəkan suya 1 xörək qaşığı alma sirkəsi əlavə edin və qarışdırın.  Üzünüzü əvvəlcədən yuyun. Sonra maskanı üzünüzə çəkin.