Ət suyunda şorba


Ətin suyunun  yeməklərə xüsusi bir dad qatdığını hamımız bilirik.  Xüsusilə qış aylarında, soyuq havalarda hazırlanan bu şorba sizə dərman kimi gələcək.

Ərzaqlar

  • 1 xörək qaşığı duru yağ
  • 400 qr sümüklü dana əti
  • 1 ədəd soğan
  • 1 ədəd kök
  • kərəöz
  • cəfəri
  • 1 ədəd dəfnə yarpağı
  • Duz
  • Istiot
  • 5 litr su

 

Hazırlanması

  1. Doğranılmış soğana duru yağ əlavə olunur və dərin qaandan qovrulur.
  2. Üzərinə kök əlavə olunur.
  3. Sonra sümüklü əti, kərəözü , dəfnə yarpağını, duz və istiotu su ilə birgə qazana əlavə edib 20- 25 dəq.qaynadılır.
  4. Sonra şorbanı süzgəcdən keçirilir.
  5. Cəfəri doğranılır və şorbaya əlavə olunub servis edilir.

 

Nuş olsun!